ABŞ-ın Missouri əyalətində dəhşətli qasırğa baş verib. SİA-nın məlumatına görə, fəlakət nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb. Bununla yanaşı, qasırğa şəhərdə 2 min binaya ciddi ziyan vurub.
Ölkənin yerli səlahiyyətliləri bildirib ki, may ayı ərzində baş verən qasırğalar nəticəsində 370 insan ölüb: \"Ölkədə baş verən qasırğaların yaratdığı fəlakətlər qarşısıalınmaz hala çatıb. Belə ki, şəhərdə 2 mindən çox mağaza və binalar dağılıb, çox sayda insan isə dağıntıların altında xilas ediləcəyini gözləyir. Əyalət qubernatoru Cey Nikson tərəfindən fövqəladə vəziyyət elan olunub\".
Joplin şəhərinin bələdiyyə rəisi Mark Rohr da mövzu ilə bğlı açıqlama verib. Onun sözlərinə görə, dünəndən bəri qasırğanın nəticələri nəzərə alınaraq, çox sayda insan əyalətdən deportasiya edilib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama hadisə nəticəsində ölənlərin ailələrinə başsağlığı mesajı göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB