Koronavirusa yoluxanların sayı 288 mini ötüb Gürcüstanda

Gürcüstanda ötən sutkada koronavirusa 707 yeni yoluxma halı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb, 8 pasiyent vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 288 396 nəfər yoluxub. Onların 277 303-ü sağalıb, 3 877-si isə ölüb.

Son 24 saat ərzində 24 823 test yoxlaması həyata keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...