“Düşmən ölkələr”dəki səfirliklər bağlansın!

Belarusiya Prezidenti Aleksandr Lukaşenko, “dost olmayan ölkələrdəki” səfirliklərini bağlamaq istədiyini bildirib. SİA bu xəbəri “RİA Novosti”-yə istinadən dərc edir.

Xatırladaq ki, Belarusiya hələ on beş il əvvəl İsraildəki diplomatik nümayəndəliyini “büdcə sıxlığı səbəbindən” bağlayıb. Həmin vaxtdan Belarusiya ilə İsrail arasındakı əlaqə Rusiya və Baltikyanı ölkələr vasitəsi ilə həyata keçirilir(di). Ötən payızda isə Lukaşenko Polşa və Litvadakı səfirlik rəhbərlərini evlərinə göndərməyi əmr etdi. Belarus rəhbəri səbəb kimi, bu ölkələrin Minskdəki təxribatçılara dəstək vermələrini göstərilirdi. Sən demə, bu ölkələr Svetlana Tixanovskaya, keçmiş mədəniyyət naziri Pavel Latuşko və siyasətçi Valeri Tsepkaloya sığınacaq vermək istəyirmişlər. Bundan əlavə, Vilnüs və Varşava Lukaşenkonun ətrafına qarşı sanksiyaların tətbiq olunmasının vacibliyində israr edirmişlər.

Təbii ki, belarus prezidentı bütün bunları cavabsız qoya bilməzdi. Belə ki, o, ilk olaraq Baltikyanı ölkələrindən onların ölkəsindəki diplomatların sayının azaldılmasını tələb etdi. Daha sonra isə, Litvanın Klaipeda dəniz limanını Avropaya mal daşınması üçün istifadə etmək niyyətində olmadığını bildirdi.

Qeyd edək ki, son zamanlar Lukaşenko ölkəsində fəaliyyət göstərən və xaricdən maliyyələşən xarici fond və QHT-lərlə də məşğul olmağa çağırış edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə