Türkiyə xüsusi təyinatlıları terrorçuları zərərsizləşdirdi

Türkiyə Ordusunun xüsusi təyinatlı qüvvələri "Barış pınarı" əməliyyatı zonasında PKK-nın Suriya qanadı olan YPG-nin üç terrorçusunu zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçular "Barış pınarı" əməliyyat zonasına girməyə cəhd göstəriblər. Xüsusi təyinatlı qüvvələr cavab atəşi ilə terrorçuları zərərsizləşdirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə