Türkiyə ordusunun xüsusi təyinatlıları Suriyada üç terrorçusunu zərərsizləşdiriblər

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri “Barış pınarı” əməliyyatı zonasında YPG-nin (PKK-nın Suriya qanadı) üç terrorçusunu zərərsizləşdiriblər.

SİA Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, terrorçular "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə cəhd göstəriblər və bu zonadakı rayonlara atəş açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə