Hindistanda sərnişin avtobusu yol kənarındakı xəndəyə düşüb, 10 nəfər ölüb

Hindistanda sərnişin avtobusu yol kənarındakı xəndəyə düşüb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Uttar Pradeş ştatında baş verib.

Qəza nəticəsində ən azı 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə