İnterpol miqrant qaçaqçılığına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib

İnterpol bəyan edib ki, bu təşkilatın Mərakeş hökumətinin köməyi ilə miqrant qaçaqçılığına qarşı keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 195 nəfər həbs edilib.

SİA qurumun bəyanatına istinadən xəbər verir ki, Afrika və Avropadakı miqrant mənşəli 24 tranzit və ya təyinat ölkələrinin dəstəyi ilə həyata keçirilən əməliyyatda uşaqlar da daxil olmaqla 500 insan alveri qurbanı azadlığa buraxılıb və 760-a yaxın qanunsuz miqrant aşkarlanıb.

Bu əməliyyat nəticəsində saxlanılan 195 nəfərin 88-i insan alveri ittihamı ilə, 63-ü isə insanların qanunsuz daşınmasına görə təqsirli bilinib. İnterpolun bəyanatında deyilir ki, digər həbslər sənədlərin saxtalaşdırılması, oğurluq, narkotiklərin qanunsuz dövriyyəsi və ekoloji cinayətlər kimi qanun pozuntuları ilə bağlıdır.

Mərakeş öz ərazisində operativ əlaqələndirmə qrupu yerləşdirməklə bu əməliyyatda mühüm rol oynayıb. Beynəlxalq Cinayət Polisi Təşkilatının məlumalarında bildirilir ki, Mərakeş demək olar ki, yalnız miqrantların qanunsuz idxalı ilə bağlı 49 həbs həyata keçirib.

“Ağır şəraitdə əzablara düçar olan qurbanlar bu acınacaqlı vəziyyətdən çıxa bilmirlər. Məhz buna görə də İnterpolun işi bununla bitmir”, - deyə təşkilatın baş katibi Yurgen Ştok bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...