Muəmmar Qəddafinin qoşunları ölkənin şərq bölgəsini bombalamaqda davam edir. SİA-nın məlumata görə, növbəti hədəf Misrata olub. Şəhərə təşkil olunan hücum nəticəsində bir müxalifətçinin həlak olduğu bildirilib.
Müxalifət qoşunlarının nümayəndəsi Adbüssəlam hadisənin təfərrüatları ilə bağlı məlumatlar verib: \"Qəddafi qoşunları səhər saatlarından başlayaraq, şəhəri müxtəlif istiqamətdən bombalayıblar. Qoşunlarımız hücumların qarşısını almağa çalışsa da, tank və top hücumlarına müqavimət göstərmək çətin oldu. Nəticədə bir nümayəndəmiz də başından aldığı güllə zərbəsi nəticəsində həlak oldu\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB