Avstriya koronavirusa qarşı Rusiya istehsalı olan "Sputnik V" peyvəndi alır
"Avstriyanın koronavirusa qarşı Rusiya istehsalı "Sputnik V" peyvəndinin alınması ilə bağlı apardığı danışıqlar faktiki olaraq sona çatıb".
SİA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Avstriya kansleri Sebastian Kurts deyib.
Bildirilir ki, danışıqlarda 1 milyon doza peyvəndin alınması barədə müzakirələr aparılıb.
Sebastian Kurts daha əvvəl Vyana tərəfindən "Sputnik V" vaksininin alınması ilə bağlı danışıqların son mərhələdə olduğunu və Avstriyanın vaksini prioritet olaraq qəbul etməsi ehtimalını açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə