Ukrayna münaqişəni sülh yolu ilə həll etmək istəyir

Ukrayna münaqişəni sülh yolu ilə həll etmək istəyir

Ukrayna Müdafiə Nazirliyinin başçısı Andrey Taran, Donbas münaqişənin sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirib: “Ukrayna müvəqqəti işğal olunmuş ərazilərini geri qaytarmaq üçün mədəni bir yola əl atır. Bununla yanaşı, Ukrayna öz maraqlarını qorumaq üçün heç bir güzəştə də getməyəcək”. SİA bunu rus mətbuatına istinadən dərc edir.

Taran, Ukrayna siyasi rəhbərliyinin əsas prioritetinin, 2021-ci ildə NATO-ya üzv olmaq üçün fəaliyyət planı əldə etmək olduğunu bildirib. Bununla yanaşı, ukraynalı nazir Avroatlantik təşkilatına inteqrasiyanın Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün zəmanəti olduğunu bildirib.

Bu arada tanınmayan “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin Ukraynanın Donbasda geniş miqyaslı döyüşlərdən ehtiyatlandığını bildirib. O, sübut kimi, Kiyevin son vaxtlar təmas xəttinə çəkdiyi çox sayda hərbi texnikanı əsas kimi göstərib.

Kiyev isə, öz növbəsində, bölgənin hərbi yolla “azad edilmək” niyyətində olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə