Almaniyanın gündəlik "Der Tagesspiegel" nəşri Rusiya-Ukrayna sərhədində Kreml tərəfindən artırılan gərginliyin Putinin Qərbin gücünün sınanmasına hesablandığını bildirir. Maraqlıdır ki, nəşr hələ ki, başlanmamış müharibəni necə dayandırmağın yollarını da aramağa baş vurur. Nəşrə görə, Rusiya tərəfində ehtimal olunan "hücum"un qarşısını almaq üçün hələ ki, bir çox imkanlar var. Yəni yaranmış şəraitdə Avropa və ABŞ vahid bir cəbhə kimi davrana bilirsə, bu halda Putin mütləq geri çəkiləcək.
SİA bunu xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, koronavirusla mübarizə bu gün dünyanın diqqət mərkəzindədir. Amma istisna deyil ki, Avropadakı müharibə təhlükəsi belə alman siyasətini bu əsarətdən azad edə bilməz.
Nəşrin ehtimalına görə, hazırda Putinin nəzərdən keçirdiyi də budur.
Təbii ki, bu gün dünya Putinin nə niyyətində olduğunu heç kim dəqiq deyə bilməz. Bəlkə də o, dünyanın koronavirusla mübarizəyə kökləndiyindən yararlanaraq, Mariupol və Krıma gedən quru dəhlizini ələ keçirtmək və beləliklə işğal altındakı yarımadaya su təminatını təmin etmək istəyir...
Çünki Putin 2014-cü ildə beynəlxalq etiraz və sanksiyalara görə, bu strateji fəth planlarını təxirə salmağa məcbur oldu. Qeyd edək ki. alman nəşri Putinin son əməllərini onun ABŞ-ın yeni prezidenti Cozef Baydenin reaksiyasını yoxlamağa hesablandığını da ehtimal edir.
Çox güman ki, Putin özü növbəti addımının nə olacağına hələ qərar verməyib. Belə görünür ki, o hazırda özünə "münasib" variantları nəzərdən keçirir. Çox güman ki. Putin hazırda atacağı addımların xərclərini, fayda və risklərini hesablayır.
Buna görə də bir şey dəqiqliklə demək olar. Sonda onun hərəkətləri, Almaniya, Avropa və ABŞ-ın necə reaksiya göstərməsindən asılıdır.
O da maraqlıdır, hazırkı şəraitdə Almaniya, Avropa və ABŞ Putini təhdidlərdən əl çəkməyə və hücuma davam etməməyə məcbur etmək üçün nə edə bilər? Təbii ki, qətiyyət və həmrəylik! Bu da alman nəşrinin gəldiyi qənaətdir.
Onu da bildirək ki, bu gün Avropa Birliyi və ABŞ iqtisadi cəhətdən Rusiyadan 15 qat güclü olsalar da, onların alət və tətbiqetmə miqyası baxımından aralarında birlikləri yoxdur. Bəlkə də elə buna görədir ki, Putin özünü arxayın hiss edir.
Xatırladaq ki, bir müddət bundan əvvəl rus qoşunlarının irəliləməsi kontekstində ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı apararaq, ona hərbi də daxil olmaqla dəstək olacağını vəd edib. Amma etiraf edilməlidir ki, bütün bunlarla bağlı Almaniyanın göstərəcəyi hər hansı bi reaksiya hələ ki, tərəddüdlü görünür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB