Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimələnib

Çinin "Alibaba" şirkəti 2,78 milyard dollar məbləğində cərimələnib

Çin Dövlət Bazar Nəzarəti İdarəsi "Alibaba" şirkətini 18,22 milyard yuan (2,78 milyard dollar) məbləğində cərimələyib.

SİA-nın məlumatına görə, bu barədə İdarənin açıqlamasında deyilir.

Məlumata əsasən, bu qərar şirkət tərəfindən inhisar haqqında qanunun pozulmasına görə verilib.

Sənəddə göstərilib ki, istintaq əsasında "Alibaba" şirkəti istehlakçını öz xidmətlərindən "seçim etmədən" istifadə etməyə məcbur edən siyasət apardığı təsdiq olunub:

"Bu, Çin elektron ticarət bazarının rəqabət mühitinə mənfi təsir göstərib".

Bütün xəbərlər Facebook səhifəmizdə