Qadınlar helikopterlə təxliyə olunur Müdafiə Nazirliyinin binasından

Qadınlar helikopterlə təxliyə olunur  Müdafiə Nazirliyinin binasından

Hər şeydən əvvəl hamilə qadınlar, habelə sağlamlıq problemləri olan qadınlar, Müharibə Nazirliyinin ərazisini tərk edirlər. SİA xəbər verir ki, bu barədə "Sputnik-armeniya" məlumatında qeyd olunur.

İnformasiyada bildirilir ki, bəzi qadınlar itkin düşən hərbçilərin yaxınları tərəfindən mühasirəyə alınan Ermənistanın Müdafiə Nazirliyinin binasından təxliyə olunur. Qeyd olunur ki, ilk növbədə hamilə qadınları, səhhətində problemi olan və dünən gecə özünü pis hiss edən qadınları götürürlər.

Xatırladaq ki, bir qədər əvvəl itkin düşən və əsir götürüldüyü iddia edilən hərbi qulluqçuların valideynləri müdafiə idarəsinin binasına soxulmağa çalışıblar. Müdafiə naziri Vaqarşak Arutyunyan və Baş Qərargah rəisi Artak Davtyan ilə görüşmək üçün onların çıxmalarını tələb edirlər.

Nəzərə çatdıraq ki, aksiya 8 aprel səhəri başlayıb. İtkin düşənlərin yaxınları maşınlarla Müdafiə Nazirliyindən bütün giriş-çıxışları bağlayıblar. Etirazçılar ilə danışıqlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb və vətəndaşları idarənin binasını mühasirədən çıxarmağa çağırıblar. "Sputnik-armeniya"nın müxbiri hadisə yerindən əvvəl bildirdiyi kimi, nazirliyin əməkdaşları idarənin binasında olublar və ən azı 14 saat oranı tərk etməyiblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə