Etirazçılar yenə yolları bağladı Ermənistanda

Etirazçılar yenə yolları bağladı  Ermənistanda

Ermənistan hökuməti tərəfindən qondarma olaraq əsir adlandırılan, əslində isə Ermənistan tərəfinin kapitulyasiya sənədini imzalamasından sonra Azərbaycan ərazisinə qanunsuz yollarla daxil olan, terror və təxribatlar törədən terrorçuların yaxınları Şirak bölgəsindəki yolları bağlayıblar. SİA xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Məlumatda bildirilir ki, İrəvana və Vanadzora gedən yolları bağlayan etirazçıların tək tələbi qohumlarının geri qaytarılmasıdır. Həmçinin nəzərə çatdırılır ki, Azərbaycan ərazisinə qanunsuz yollarla keçən və saxlanılan terrorçuların qohumları olan etirazçılar Şirak bölgəsindəki yolları, Gümrü-İrəvan yollarını, eləcə də Aşotk və Vanadzora gedən yolları bağlayıblar.

"Tələbimiz birdir və bu da sevdiklərimizin, qohumlarımızın qaytarılmasıdır, başqa tələbimiz yoxdur", deyə etirazçılardan biri Sputnik Ermənistana bildirib.

Xatırladaq ki, Şirakdan olan bir neçə terrorist, hansıki, Ermənistanın kapitulyasiya sənədini imzalamasından sonra qanunsuz şəkildə Azərbaycan torpaqlarına daxil oilmuş və bir sıra terror əməlləri törətmişdilər, dekabrın 16-da Dağlıq Qarabağ ərazisində yaxalanmışdılar. Diqqətə çatdıraq ki, bu terrorçuları Ermənistan tərəfi hərbi əsir adlandırmağa cəhd edir və bu barədə hay-küy salmaq istəyir, amma, onu da nəzərə çatdıraq ki, hərbi əsirlər hərbi əməliyyatların getdiyi dövrdə tutulanlar hesab olunur və bu baxımdan həmin terrorçuları hərbi əsir adlandırmaq olmaz. Qeyd edək ki, saxlanılan, tutulan terrorçular beynəlxalq hüququn norma və prinsplərinə müvafiq olaraq ittiham olunur və kapitulyasiya sənədində qeyd edildiyi kimi, əsirlərin geri qaytarılması kimi maddəsi ilə qarşı tərəf onları təhvil verilməsini tələb edə bilməz.

Görünür, Ermənistan hakimiyyəti hərbi əsir adı verməyə çalışdığı, əslində isə göndərdiyi terrorçularına və terrorçuluq əməllərinə don geyindirmək niyyətindədir. Beləki, kapitulyasiya sənədinə imza atdıqdan sonra terrorçuları qarşı tərəfin ərazisinə göndərən Ermənistan tərəfi beynəlxalq təşkilatlar qarşısında buna görə cavabdehlik daşıdığının fərqindədir və məhz buna görə onları hərbi əsir kimi adlandırmağa cəhd edir. Onu da diqqətə çatdıraq ki, erməni cəmiyyətində tutulanlarla bağlı narazılıqlar, etirazlar səngimək bilmir və daxili auditoriyanı sakitləşdirmək niyyəti ilə Ermənistan hakimiyyəti məsələyə özlərinə lazım olan rakursda yanaşır. Bir sözlə, hərbi əsir məsələsi Ermənistan səlahiyyətlilərinin öz hakimiyyətini qoruması üçün daxili auditoriyaya hesablanmış fərziyyəsindən və beynəlxalq aləmi aldatmaq cəhdindən başqa bir şey deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə