“Rusiya “İskəndər” raket sistemlərini Ukrayna ilə sərhədə gətirir”.
SİA bu barədə Rus mətbuatına istinad edir.
Beləliklə, verilən məlumata görə, Rusiya Voronej vilayətinin Mərkəzi Hərbi Dairəsinin ən azı 14 hissəsini, bir neçə “İskəndər”i, tankları, piyadaların döyüş maşınlarını və “Uraqan” çoxsaylı raket sistemlərini Ukrayna sərhədlərinə gətirib. “İskəndər”lərin, böyük ehtimalla, Sverdlovsk vilayətində olan 119-cu raket briqadasına aid olduğu bildirilir.
Saytlar rusların Voronejin cənubunda, Rusiya hərbçilərinin uzun məsafəli rabitə sistemləri və səhra xəstəxanası olan poliqon qurduqlarını da bildirirlər. Bundan başqa Krımda və Krasnodar bölgəsində də texnika yığımı müşahidə edilməkdədir. Ruslar Ukraynanın sərhəd boyu digər sahələrinə Cənubi Hərbi Dairə qoşunlarının piyada döyüş maşınlarını və özüyeriyən "Lale" minaatanlarını yerləşdirir.
Qeyd edək ki, indi çoxları bunu rusların 2015-ci ildən bəri ən çox nəzərə çarpan səfərbərliyi kimi qələmə verir.
Yeri gəlmişkən bildirək ki, ötən gün Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak Kiyevin başlayacağı hərbi əməliyyatların Ukraynanın sonunun başlanğıcı olacağını bildirib. Kozak qarşıdurma zamanı Donbasdakı rus vətəndaşlarını müdafiə etmək məcburiyyətində qalacaqlarının xəbərdarlığını edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB