Çexiyada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır

Çexiyada pandemiya ilə bağlı vəziyyət yaxşılaşır
Dünən Çexiyada 7015 koronavirusa yoluxma faktı aşkarlanıb. SİA xəbər verir ki, bu, cari ilin ən aşağı artım göstəricisi olduğundan ölkə üçün yaxşı xəbər sayılır. Bundan bir gün əvvəl təxminən min beş yüz nəfərdən çox xəstə qeydiyyata alınıb. Çexiyada koronavirusdan ümumilikdə 27 min 466 nəfər həyatını itirib. Ancaq yaxşı xəbər odur ki, standart oksigen terapiyası olan ölkə xəstəxanalarındakı bütün çarpayıların dörddə biri artıq boşdur. Bu isə o deməkdir ki, ölkə tədricən koronavirus böhranının öhdəsindən gəlməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə