"İsrail Haaqa Məhkəməsi ilə əməkdaşlıq etməyəcək” - Netanyahunun Ofisi

"İsrail Haaqa Məhkəməsi ilə əməkdaşlıq etməyəcək” - Netanyahunun Ofisi
"İsrail Beynəlxalq Cəza Məhkəməsi (Haaqa) ilə əməkdaşlıq etməyəcək və Fələstindəki vəziyyətlə bağlı istintaq başlamaq qərarını qəbul etməyəcək". SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahunun Ofisi tərəfindən yayılan açıqlamada bildirilib. Qeyd edilib ki, Baş nazir bu yaxınlarda İsrailin Haaqa Məhkəməsinin sözügedən qərarını müzakirə edib: "Haaqa ilə əməkdaşlıq etməməyə qərar verilib". Açıqlamada, həmçinin, beynəlxalq məhkəmənin Fələstindəki vəziyyəti araşdırmaq üçün istintaq başlatmaq üçün heç bir yurisdiksiyasının olmadığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə