İsraili ABŞ-dan incik salan nədir?

ABŞ-ın eks-prezidenti Donald Trampın dayandırdığı Fələstinə yardımlar yeni ABŞ prezidenti Co Bayden tərəfindən bərpa edilib. SİA xəbər verir ki, mövcud qərardan sonra İsraildən ABŞ-a reaksiya gecikməyib. Rəsmi mənbələrin verdiyi açıqlamada, "Qərar bizi məyus etdi”, - deyə qeyd edilib.

İsrail Xarici İşlər Nazirliyi yardımı həyata keçirən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyini (UNRWA) münaqişəni daha da qızışdırmaqda günahlandırıb.

Digər tərəfdən, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan ABŞ-ın Fələstinə dəstək qərarını "xəyal qırıqlığı" olaraq qiymətləndirib.

"ABŞ Dövlət Departamenti ilə apardığım danışıqlarda təxribatın dayandırılması və antisemitizm məzmununun tədris proqramından çıxarılması da daxil olmaqla UNRWA-nın yenidən maliyyə yardımını başlatmaq qərarından məyus olduğumu və bunu rədd etdiyimi bildirdim”, - deyə Gilad Erdandiqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 150 milyon dollardan çox yardım edəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə