500 milyon hesab oğurlanıb DƏHŞƏT

500 milyon hesab oğurlanıb DƏHŞƏT

Sosial media platforması olan "LinkedIn"də 500 milyon istifadəçinin məlumatları oğurlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, forumlarda yazı yerləşdirən hakkerlər 500 milyon "LinkedIn" istifadəçisinin məlumatlarına sahib olduqlarını söyləyiblər. Məlumatı sübut etmək üçün hakkerlər 2 milyon istifadəçinin məlumatlarından bir nümunə paylaşıblar. Dörd ayrı sənəddən ibarət 2 milyon nəfərlik siyahıda istifadəçilərin adları, e-poçt adresləri, telefon nömrələri, iş məlumatları daxil edilib.

Qeyd edək ki, ötən həftə "facebook" sosial media platformasında qeydiyyatdan keçən 530 milyondan çox istifadəçinin məlumatları oğurlanıb.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə