Ermənistan rəhbərləri orduya çağırışçı tapa bilmirlər deyə, 44 günlük müharibə ərzində fərarilik edib ölkədən qaçmağa belə imkan tapan “məğlubedilməz erməni ordusu” əsgərlərini Ermənistana çağırır. Dövlət hələ bir “sizi tutmayacağıq” deyə zəmanət də verir. Amma aradan çıxan erməni əsgərlərinin çoxu bunun “siçan tələsi”ndən başqa bir şey olmadığını bildirirlər. Ona görə də, onların bu çağırışa cavab verəcəkləri elə də inandırıcı görünmür. Amma deyəsən, bu, həqiqi “siçan tələsi”nə oxşamır axı. Nə bilmək olar...
SİA erməni mətbuatına istinad edir.
Maraqlıdır ki, Ermənistan hökuməti, cinayət törətməkdə şübhəli bilinən, maddə 1-ə əsasən ittiham olunan və ya məhkum edilmiş şəxslər üçün əfv elan etməyi təklif edir. Bundan əlavə, şərti azadlığa buraxılmış şəxslər üzərində nəzarətin dayandırılması da təklif olunur.
Qeyd edək ki, qərarı şərh edən Baş nazir Nikol Paşinyan bu məsələnin mübahisələrə səbəb olmasına baxmayaraq, amma hökumətin belə bir qərar verdiyini qeyd edib. Ordudakı boşluqlarla bağlı məsələyə toxunan Paşinyan hazırda “silahlı qüvvələrin hörmətini qaldırmaq” üçün erməni ordusunda islahatlar keçirdiyini bildirib.
Yenə də, nə bilmək olar? Qeyd edək ki, Ermənistan kimi yalavac bir ölkədə Paşinyan hökumətinin azad olunmasına qərar verdiyi 5130-dən artıq məhbusu həbsdə saxlayıb onları yedirib-geyindirmək sizlərə elə də asan görünməsin. Bundan əlavə, ölkədə keçiriləcəyi ehtimal olunan seçkilər ərəfəsində Paşinyanın belə bir addım atması, görün ona nə qədər şans verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB