Krım yarımadasının şimal hissəsində yaşayan sakinlər Ukraynadan Şimali-Krım kanalını bağladığına görə, insan haqları üzrə Avropa Məhkəməsinə şikayət ediblər. Bunu mətbuata açıqlamasında Krım Parlamentinin qanunvericilik komitəsinin sədri Sergey Trofimov deyib.
"Bu şikayətlər Ykrayna dövlətinə və onun aidiyyəti orqanlarına göndəriləcək", deyə deputat qeyd edib ki, Ukraynanı beynəlxalq hüquq cavabdehliyinə cəlb etmək üçün su blokadasından əziyyət çəkən sadə insanlar və sahibkarlar Avropa insan haqları məhkəməsinə şikayət etməyi də düşünür. "Burada yaşayan sakinlərin sadə insan haqlarını Ukrayna dövləti tərəfindən pozulub, onları içməli sudan məhrum edib, buna görə cavab verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB