Almaniya Rusiyadan "Sputnik V" vaksini alınması şərtlərini açıqladı

Almaniya Rusiyadan "Sputnik V" vaksini alınması şərtlərini açıqladı

Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan, Avropa İttifaqı səhiyyə nazirlərinin görüşü zamanı Berlinin peyvənd razılaşması ilə bağlı ikitərəfli danışıqlar aparacağını söylədi. Onun sözlərinə görə, Rusiya Avropa Dərman Agentliyinə (EMA) vaksinlə bağlı lazımi məlumatları verməlidir.

İlkin razılaşma bağlamazdan əvvəl, Almaniya Rusiyadan alınacaq “Sputnik V” vaksininin həcmini və tədarük müddətini öyrənmək niyyətindədir.

Eyni zamanda, nazir Almaniyanın hər halda vaksinin Aİ-də qeydiyyata alınacağına ümid etdiyini vurğulayıb.

"Almaniya, Rusiya istehsalı “Sputnik V” vaksininin alınması ilə bağlı ikitərəfli bir razılaşmaya dair danışıqlara hazırdır"- o deyib.

Mart ayının sonunda Almaniya, Avropa Dərmanları Agentliyinin (EMA) Rusiya dərmanını istifadə etməsinə icazə verməsini gözləmədən, Avropa İttifaqından “Sputnik V” koronavirus vaksini alınması ilə bağlı "gecikmədən danışıqlara başlamağı " tələb edib. Bundan əvvəl, Alman kansleri Angela Merkel bildirib ki, Avropa İttifaqı tərəfindən dərmanların mərkəzləşdirilmiş alışı-satışı qaydası olmasaydı, Almaniya Rusiyadan “Sputnik V” peyvəndinin müstəqil şəkildə əldə edilməsini təmin edərdi.

Rusiya Prezidenti Vladimir Putin, Moskvanın heç kimə nəyisə yükləmədiyini, ancaq bu qaydanın Brüsselin maraqlarını dəstəklədiyi sualını ortaya çıxardığını vurğulayıb. Kreml “Sputnik V”-nin Aİ-də təsdiqlənməsi üçün bütün sənədləri təqdim etdiyini vurğulayıb.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə