"BioNTech" peyvəndinin gəlməsi ilə işlər sürətlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssislər peyvənd olanların rahatlanmamaları lazım olduğunu söyləyərək xəbərdar ediblər.
Onların sözlərinə görə, peyvənd yoluxmanın qarşısını almır, əgər şəxs xəstədirsə, onun ağır bir xəstəlik keçirməsinin qarşısını alır: “Bu səbəbdən vaksinasiya olunanlar maska taxmağa davam etməli və məsafəni unutmamalıdır".
Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndinin ardınca Alman-ABŞ əməkdaşlığı çərçivəsində “BioNTech” peyvəndinin gəlməsi ilə vaksinasiya olanlara seçim təklif edilib. Bu vəziyyət onların seçimi ilə bağlı suallar yaradıb.
Səhiyyə nazirliyi koronavirus elmi komitəsinin həkimi Mustafa Necmi İlhan hər iki peyvənddəki qoruma nisbətinin yüzdə 80-dən çox olduğunu deyib: “Hər ikisi də yüksək təsirli və yan təsirlərinin olmasına görə çox oxşardır. “Sinovac” Türkiyədə görülən işlərlə müqayisədə yüzdə 83, “biontex” tərəfindən xaricdə edilən işlərin yüzdə 90 ətrafında aktivlik var. Peyvənd olunmaq yoluxmanın qarşısını almır. Əgər, insan xəstədirsə, bu onun ağır bir xəstəlik keçirməsinə mane olur. Buna görə, vaksinasiya olunan insanlar məsafəyə diqqət yetirin və maskalarını çıxarmayın. Vaksinasiya olsa belə, virusun ötürülməsi davam edir”.
Hansını seçməlisiniz?
İnfeksion xəstəliklər üzrə həkim Mehmet Ceyhan, vətəndaşlara peyvənd seçmək hüququ verilməsinin gözəl təklif olduğunu, bunun qarışıqlığa səbəb ola biləcəyini söyləyib: “Seçim hüququnun müsbət nəticələr verməsi üçün insanlar peyvənd və epidemiya haqqında müəyyən bir məlumata sahib olmalıdırlar. Peyvəndlər arasında hansı fərqlərin olması kimi məlumatlara baxmaq lazımdır. Əslində, "effektivliyə" baxdığımızda, iki peyvəndi də müqayisə etmək olduqca çətindir. Belə bir müqayisə aparmaq üçün eyni cəmiyyətdə eyni zamanda və eyni şərtlərdə, fərqli qruplarda iki peyvənd etmək və onları müqayisə etmək lazımdır. Belə bir araşdırma hələ edilməyib. Yan təsirlər baxımından, hərəkətsiz peyvəndin daha az yan təsir göstərəcəyini gözləyirik, çünki bədəndə inkişaf etməyən bir peyvənddir. Hazırda, istifadə olunan peyvəndlər təhlükəsizdir. Bu məlumatlardan istifadə edərək insanlar qərar verəcəklər. Həkimlərin söylədiyi bəzi səhv təkliflər var. "Bu yaş qrupundasınızsa, bunu edin, bu xəstəliyiniz varsa bunu edin" kimi bir şey tamamilə yoxdur. “BioNTech” çıxana qədər hər kəs üçün “Sinovac” hazırladıq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB