Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanın adına 450 milyon dollara satın alınan "dünyanın ən bahalı tablosu" "Salvator Mundi"nin yüzdə 100 Leonardo da Vinçiyə aid olmadığı ortaya çıxdı. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Fransada yayımlanacaq sənədli filmə görə, sözügedən rəsm əsəri satıldığı zaman iddia edildiyi kimi Leonardo da Vinçinin özü tərəfindən deyil, sadəcə olaraq onun emalatxanasında çəkilib. Sənədli filmin rejissoru Antuan Vitkine Nyu Yorklu sənət dilerinin 2005-ci ildə pis vəziyyətdə 1175 dollara aldığı və ABŞ-da bərpa etdiyi bu tablonun tarixini araşdırıb. O dövrdə bəzi İngilis sənət mütəxəssisləri tablonun Leonardo da Vinci tərəfindən çəkildiyini təsdiqləyiblər. Əsər daha sonra bir rus oliqarxına satılıb. 2017-ci ilin noyabrında "Salvator Mundi" hərracda 450 milyon dollara satıldı. Səudiyyə Kral ailəsi bunu rəsmi olaraq etiraf etməsə də, bir çox fərqli mənbələr dünyanın "ən bahalı" tablosunun sahibinin Məhəmməd Bin Salman olduğunu göstərir.
Luvr Muzeyi əsəri təhlil edib
Səudiyyəlilər Fransadan bu əsəri araşdırmağı xahiş ediblər. Rəsm Luvr Muzeyində sənət əsərlərinin təhlil olunduğu C2RMF laboratoriyasında üç ay qalıb. Mütəxəssislərə görə, məşhur italiyalı rəssam Leonardo da Vinci yalnız "Salvator Mundi" tablosuna töhfə verib, lakin əsər da Vincinin atelyesində çalışan sənətçilər tərəfindən çəkilib.

Rəsm əsəri Səudiyyə Ərəbistanı ilə Fransa arasında gərginliyə səbəb olub
Sənədli filmdə ortaya çıxan bir başqa məlumat da sözügedən tablonun Fransa ilə Səudiyyə Ərəbistanı arasında diplomatik gərginliyə səbəb olmasıdır.
2019-cu ildə Bin Salman Leonardo da Vinçiyə ayrılmış böyük sərgi üçün Luvra aldığı əsəri borc vermək istəyib. Bununla birlikdə bunun üçün yalnız bir şərt var qoyub ki,"əsər məşhur Mona Liza tablosunun yanında sərgilənməli idi". Beləliklə, Salman tablonun yüzdə yüz Vinçiyə aid olduğunu göstərmək istəyib. Lakin bu tələb Fransa prezidenti Emmanuel Makronun şəxsən özü tərəfindən rədd edilib. Səudiyyə Ərəbistanı daha sonar rəsm əsərini borc verməkdən imtina edib.
Qeyd edək ki, Səudiyyə kral ailəsi daxilində bir müasirliyi və mədəni təşəbbüsü təcəssüm etdirmək istəyən vəliəhd qədim Al-Ula şəhərində yaratmağı planlaşdırdığı muzeylər üçün bir neçə ildir dünya tərəfindən məşhur sənət əsərləri toplamağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB