PKK/YPG terror təşkilatı iki Türk hərbçisini şəhid etdi

PKK/YPG terror təşkilatı iki Türk hərbçisini şəhid etdi

PKK/YPG terror təşkilatının hücumu nəticəsində iki Türkiyə hərbçisi şəhid olub. SİA xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum “Zeytun budağı” hərəkatı bölgəsində həyata keçirilib: “Verilən qarşılıq nəticəsində PKK/YPG-nin üç terrorçusu zərərsizləşdirilib”.

Nazirliyin məlumatına görə, bölgədə müəyyənləşdirilən terror hədəfləri atəş altına alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə