Oğlunun toyunda qızı olduğunu öyrəndi və ŞOK ANLAR YAŞADI

Ağlasığmaz hadisədə bir ana oğlunun toyunda gəlinin illərdir itkin düşən öz qızı olduğunu öyrənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Çində yaşanıb.

20 il əvvəl qızını itirən və illərdir tapa bilməyən qadın onu oğlunun toyunda tapıb. Gəlin və ana göz yaşlarına boğulub. Həmin anların görüntüləri sosial mediada geniş yer alıb.

Doğum ləkəsindən anlayıb

Kədərlənən ana gəlinin 20 il əvvəl itirdiyi qızı olduğunu doğum ləkəsindən anlayıb. Bəyin anası gəlinin ailəsindən övladlığa götürülüb-götürülmədiyini soruşub və hekayələr üst-üstə düşəndə ​​həqiqət üzə çıxıb.

Toy davam edib

Hadisəyə baxmayaraq toy baş tutub. Çünki itkin olan qızla bəyin qan bağları yoxdur. 20 il əvvəl qızını yol kənarına atan ana, etdiyi günaha görə onu hər yerdə axtarıb.

Bəy əslində övladlıq imiş

Ağrılı ana, qızını illərlə axtarıb tapa bilmədikdən sonra bəyi övladlığa götürərək təsəlli tapıbmış. Başqa sözlə, ana bəyin öz oğlu olmadığını və övladlığa götürüldüyünü söylədikdə, toy davam etdi və cütlük evləndi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə