"Zoom"un Rusiya və MDB ölkələrindəki rəsmi distribyutoru "RightConf" sözün gedən ölkələrdəki dövlət qurumları və qismən dövlətə məxsus müəssisələr üçün satış lisenziyalarını geri götürdüyünü bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, xəbərdə, "Zoom" qərarının arxasında ABŞ-ın sanksiyaları ilə bağlı narahatlıqlarının olduğu qeyd edilib. Şirkətin qərarında "Zoom"un Rusiya və MDB dövlət sektoru üçün bir videokonfrans proqramı hazırlamasının da mümkün olduğu vurğulanıb.

Qeyd edək ki, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya naziri Maksut Şadayev, martın 24-də Rusiyanın "Zoom"a alternativ olaraq hazırladığı proqramın 2022-ci ildə hazır olacağını iddia edib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə