Çində dəhşətli partlayış Ölənlər var

Çinin "Anhui" əyalətindəki istilik elektrik stansiyasında baş verən partlayışda 6 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza səhər Anhui əyalətinin “Çuzhou” şəhərindəki elektrik stansiyasında baş verib. Rəsmi şəxslər qəzanın yanacaq çənindəki qaynaq işləri zamanı baş verdiyini bildiriblər.

Qeyd edək ki, partlayışda 1 fəhlənin hadisə yerində, 5-nin isə xəstəxanada öldüyü bildirilib.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə