"Tik-tok"un ən çox qazananları bəlli oldu YENİ MƏLUMATLAR

"Tik-tok"un ən çox qazananları bəlli oldu. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sosial media platforması olan "tik-tok"da ən çox qazanan fenomenlərin adları açıqlanıb. Siyahıda yer alan adlar 2020-ci ildə ən azı 3,5 milyon dollar qazanıb.

"Tik-tok" istifadəçi sayı baxımından milyarderlər klubuna girməyə hazırlaşarkən, fenomenlərin gəlirləri də artır. "Rave Reviews", "Guardian"ı bir qaynaq olaraq göstərərək şirkətlərin məzmun istehsalçılarına izləyici başına 0,005 dollar ödədiyini və ən çox izləyici sayına sahib məzmun istehsalçılarını müəyyənləşdirib. Məlumat 2021-ci ilin yanvarında alınıb. İzləyicilərin sayı və onlara verilən pul miqdarı bir-birinə vurulduqda, 2020-ci ildə ən çox qazanan "tik-tok" fenomenləri bəlli olub.

"Tik-tok"dakı ən çox qazanan adlar bunlardır:

Spencer X (Əyləncə) - 3,5 milyon dollar

Q Park (Əyləncə) - 5.2 milyon dollar

Loren Grey (Performans) - 5.3 milyon dollar

Dixie D'Amelio (Performans) - 6,5 milyon dollar

Kira Kosarin (Performans) - 6,6 milyon dollar

Avani Gregg (Performans) - 6,7 milyon dollar

Joe Albanese (Əylən) - 8.7 milyon dollar

Addison Rae (Performans) -14,7 milyon dollar

Charli D'Amelio (Performans) - 18,2 milyon dollar

Michael Le (Performans) - 20,4 milyon dollar

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...