Çili prezidenti Müəssislər Məclisinə seçkilərin təxirə salınması haqqında qanun imzalayıb
Çili prezidenti Sebastyan Pinyera ölkənin Müəssislər Məclisinə seçkilərin 10 və 11 aprel tarixlərindən 15 və 16 may tarixlərinə təxirə salınması üçün parlament tərəfindən təsdiqlənmiş qanunu imzaladı.
SİA-nın məlumatına görə, bu barədə ölkə hökümətinin "Twitter" səhifəsində bildirilib.
Məlumatda deyilir: "Prezident Sebastyan Pinyera qubernatorlar, bələdiyyə başçıları, şəhər şura üzvləri və Müəssislər Məclisi üzvləri seçkilərinin 15 və 16 may tarixlərinə təxirə salınmasını nəzərdə tutan konstitusiya islahatını imzalayıb".
Seçkilərin təxirə salınmasına dair qanun layihəsi son həftələrdə müşahidə olunan koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbindən prezidentin təşəbbüsü ilə parlamentə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB