Meksikada iki avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb

Meksikada iki avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb
Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 16 nəfər ölüb. SİA -nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen "Twitter" səhifəsində bildirib. Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib. Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb. Qəzanın başvermə səbəbi açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə