Rusiyada məhkəmələrdən biri "tik-tok"la bağlı qərar verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, məhkəmə sosial şəbəkə tətbiqi - "tik-tok"un gəncləri qanunsuz hərəkətlərə çağıran məzmunu silə bilməməsinə görə cərimələyib. Sülh məhkəməsinin "tik-tok"a qarşı 2 milyon 500 min rubl cəza kəsdiyi qeyd edilib. Sözügedən cərimə təqribən 33 min dollara bərabərdir.
Qeyd edək ki, məhkəmənin bu gün "teleqram"a qarşı bənzər bir işə baxacağı gözlənilirdi, ancaq iclasın 12 aprel tarixinə təxirə salınmasına qərar verilib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB