Serbiya prezidenti Aleksandr Vuçiç koronavirusa qarşı Çinin "Sinopharm" vaksini ilə peyvənd olunacaq.
Trend-in məlumaıtna görə, bunu A.Vuçiç "TV Pink" telekanalının efirində deyib.
Serbiya prezidenti bildirib: "Mən sabah (yəni bu gün - red.) peyvənd olunacağam. Bu, "Sinopharm" vaksinin ilə olacaq".
Qeyd edək ki, vaksinasiya A.Vuçiçin Rudna-Qlava qəsəbəsinə səfəri zamanı baş tutacaq. Səfər proqramında prezidentin yerli sakinlər ilə söhbəti, vaksinasiyası, həmçinin mətbuata açıqlaması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB