Myanmada fevralın 1-dən davam edən toqquşmalarda ölənlərin sayı 570 nəfərə çatıb

Myanmada fevralın 1-dən davam edən toqquşmalarda ölənlərin sayı 570 nəfərə çatıb
Myanmada etirazçılar və güc strukturları əməkdaşları arasında toqquşmalar davam edir. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 1-dən davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb. Məlumata əsasən, 2 728 etirazçı həbsdə saxlanılır, bundan əlavə 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 443 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə