Myanmada fevralın 1-dən davam edən toqquşmalarda ölənlərin sayı 570 nəfərə çatıb
6 Aprel 2021 00:23 (UTC+04:00)
Myanmada etirazçılar və güc strukturları əməkdaşları arasında toqquşmalar davam edir.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 1-dən davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 570 nəfərə çatıb.
Məlumata əsasən, 2 728 etirazçı həbsdə saxlanılır, bundan əlavə 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 443 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.