"Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiya prosesinə təsir göstərməyəcək" - Ağ Ev

"Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiya prosesinə təsir göstərməyəcək" - Ağ Ev
Baltimor fabrikində baş vermiş hadisə ABŞ-da vaksinasiyanın hədəflərinə təsir göstərməyəcək. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında bildirib. "Biz onlara hesaba almadıq", - Psaki korlanmış peyvənd dozaları barədə fikrini bildirərkən belə deyib. "Biz hələ də mayın sonuna qədər bütün amerikalıların peyvənd olunması üçün kifayət qədər doza əldə etməyi düşünürük", - deyə Ağ Ev rəsmisi əlavə edib. Qeyd edək ki, ABŞ-ın Merilend şəhərinin Baltimor şəhərindəki müəssisə koronavirus əleyhinə iki fərqli peyvəndin tərkibini səhvən qarışdırılıb, nəticədə 15 milyon doza "Johnson & Johnson" peyvəndi korlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə