Ermənilər öz əks oyunlarını qurur?

Ermənilər öz əks oyunlarını qurur?

Xatırldaq ki, hələ bir müddət bundan əvvəl Levon Ter-Petrosyan açıqlamalarının birində “Qarabağ məsələsinin həllinin açarının Rusiyanın əlində olduğunu” bildirmişdi. Eks-prezidentin sözlərinə görə, Qarabağ məsələsindəki erməni faciəsinin əsas səbəblərindən biri və bəlkə də ən önəmlisi keçmiş iki və hazırkı hakimiyyətin bu gerçəkliyi bilməməsidir.

Amma bu günkü mövcud hökumət Qarabağ probleminin ATƏT-in Minsk qrupu tərəfindən həllinə olanacağına ümidlidir. Bu arada Ter-Petrosyan ermənilərə xatırldır ki, bu tendensiya Ermənistan üçün yeni məyusluqlara, hətta yeni ağır itkilərə yol aça bilər. SİA bunu erməni mətbuatına istinad edərək dərc edir.

Əslində, burada məsələnin mahiyyəti ondan ibarətdir ki, Levon Ter-Petrosyan açıqlamasında Rusiyanın Qarabağ nizamlanmasında rolunu vasitəçi kimi deyil, tərəf kimi görməsidir.

Maraqlıdır ki, Ter-Petrosyanın fikirlərinə bənzər fikri erməni siyasi strateq Vigen Akobyan da bildirib.

Ermənistan prezidentinin və Qarabağdakı ermənilərin qondarma rəhbərinin (?) son görüşünə diqqət çəkən Akobyan görüşdə məhz bu problemin müzakirə edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Onun ehtimalına görə, bir müddət bundan əvvəl Ermənistanın xarici siyasət oyunlarının müəyyən hissəsi guya Moskva ilə razılaşdırılmayıb.

Ermənistanın siyasi sahədə özünün bir maraq nöqtəsinin olduğunu bildirən siyasi strateq buna görə də Qarabag məsələsində Rusiya ilə Qərbin maraqlarının üst-üstə düşmədiyini bildirir.

Akobyana görə, hazırda həm iqtidar, həm də müxalifət bu ehtimalı Qərblə Rusiya arasındakı qlobal qarşıdurma ilə əlaqələndirərək Qarabağ ətrafında mövcud vəziyyəti təkrarlamaq imkanlarını nəzərdən keçiriblər.

Son Qarabağ müharibəsinin nəticələrindən sonra ABŞ və Fransanın təmsil etdiyi Qərb özünü Minsk prosesi çərçivəsindən kənarda tapdığını bildirən Akobyan bu gün müharibənin nəticəsini şübhə altına alaraq, həll yolu üçün yenidən danışıqlar masasına qayıtmağa çalışır.

Akobyana görə, bu arada, Ermənistan hakimiyyət dairələri, xüsusən Xarici İşlər Nazirliyi, Rusiya ilə Qərb arasındakı qarşıdurmada öz əks oyunlarını qurmağa çalışırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə