"ABŞ-dan alınan ilk F-35B qırıcılarının bazada yerləşdirilməsi barədə qərar verilməyib” - Yaponiya rəsmisi
"ABŞ-dan alınan ilk F-35B qırıcılarının Yaponiya özünümüdafiə qüvvələri tərəfindən Miyazaki prefekturasındakı Nyutabaru bazasında yerləşdirilməsi barədə konkret qərar verilməyib".
SİA "japantimes.com" saytına istinadən xəbər verir ki, bunu mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato açıqlamasında bildirib.
O əlavə edib ki, Hava Özünümüdafiə Qüvvələri bazasının F-35B üçün bir yer olaraq qəbul edildiyi eşidilib, lakin bu mövzuda konkret qərarların verilməsindən xəbərdar deyillər.
Xatırladaq ki, aprelin 4-də, "Yomiuri" milli qəzeti Yapon özünümüdafiə qüvvələrinin ABŞ-dan satın aldığı ilk F-35B döyüş təyyarələrini ölkənin cənub-qərbindəki Miyazaki əyalətində yerləşən Nyutabaru bazasına yerləşdirmək niyyətində olduğunu yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB