Nquen San Fuku Vyetnamın yeni prezidenti seçilib

Nquen San Fuku Vyetnamın yeni prezidenti seçilib
Vyetnam Sosialist Respublikasının (VSR) Milli Məclisi (bir palatalı parlament) Nquen San Fuku ölkənin yeni prezidenti seçib. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin nəzarət komissiyasından bildirilib ki, 2016-cı ildən bəri Vyetnam Sosialist Respublikasının Baş naziri vəzifəsində çalışan Nquen San Fukun namizədliyini deputatlarının 97.08 faizi dəstəkləyib. Xatırladaq ki, VSR-in Milli Məclisi konstitusiyaya görə ölkə rəhbərliyini təyin və vəzifədən azad etmə səlahiyyətinə sahib olan ali orqandır.

Bütün xəbərlər Facebook səhifəmizdə