Polşada "Turkish Airlines" təyyarəsinin sərnişinləri bomba həyəcanı ilə təxliyə edilib

Polşada "Turkish Airlines" təyyarəsinin sərnişinləri bomba həyəcanı ilə təxliyə edilib

Polşanın paytaxtına İstanbuldan havaya qalxan "Turkish Airlines" təyyarəsinin 100-dən çox sərnişini və heyəti göyərtəyə bomba qoyumasına dair zənglə əlaqədar təxliyə edilib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli sərhəd mühafizə şöbəsinin mətbuat katibi Daqmara Belets-Anas Polşa mətbuat agentliyinə məlumat verib.

Mətbuat katibi bu ana qədər şübhəli əşyaların tapılmadığını vurğulayıb.

"Bütün əlamətdər bunun anonim zarafat olmasını göstərir", - D.Belets-Anas bildirib. Onun sözlərinə görə, hazırda mütəxəssislərin laynerdə partlayıcı maddələrin aşkarlanması üzrə işlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə