"Vaşinqton İordaniya Kralı II Abdullahı tam dəstəkləyir" - ABŞ Dövlət Departamentinin rəsmisi

"Vaşinqton İordaniya Kralı II Abdullahı tam dəstəkləyir" - ABŞ Dövlət Departamentinin rəsmisi

Vaşinqton İordaniya Kralı II Abdullahı ABŞ-ın "əsas tərəfdaşı" hesab edir və onu tam dəstəkləyir.

SİA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: "Məlumatları yaxından izləyirik və İordaniya rəsmiləri ilə əlaqə saxlayırıq. Kral II Abdullah ABŞ-ın əsas tərəfdaşıdır və onu hərtərəfli dəstəkləyirik".

Xatırladaq ki, daha əvvəl xarici KİV-lər İordaniyada dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə