Elmar Məmmədyarov İndoneziyaya işgüzar səfər edəcək

Elmar Məmmədyarov İndoneziyaya işgüzar səfər edəcək

Cari ilin 23-28 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respblikasına işgüzar səfər edəcək. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İndoneziya səfəri çərçivəsində Nazir E.Məmmədyarovun "Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley görüşü"nün açılış mərasimində iştirakı, Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına üzv olması münasibəti ilə çıxışı, tədbirin qapanma sessiyasında çıxışı və bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə