Koronavirusa yoluxanların sayı 283 mini ötüb Gürcüstanda

Koronavirusa yoluxanların sayı 283 mini ötüb Gürcüstanda

Gürcüstanda ötən sutkada daha 580 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 215 nəfər müalicə olunaraq sağalıb, 6 pasiyent vəfat edib. SİA-nın məlumatına görə, hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 283 369 nəfər yoluxub. Onların 274 145-i sağalıb, 3 804-ü isə dünyasını dəyişib.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyən edilməsi üçün 29 729 test yoxlaması aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə