Koronavirusun üçüncü dalğası... Rusiyada

Koronavirusun üçüncü dalğası...  Rusiyada

Rusiyada koronavirusun üçüncü dalğası aprel ayının ortalarında başlaya bilər. Rusiya iqtisadiyyatının inkişaf dinamikasını izləyin “SberIndex” analitikləri aprel ayının15-nə qədər ölkədə virusa yoluxanların sayının gün ərzində 15 minə çatacağına əmindirlər.

SİA Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hazırda bu hesablamalar üçün epidemioloji simulyatorda SEIR (qeyd edək ki, bu bölmə modelləri yoluxucu xəstəliklərin riyazi modelləşdirilməsini asanlaşdırır-A.B.) riyazi modelindən istifadə etdilər və burada insanların sanitariya tədbirlərinə nə dərəcədə uyğun gəldiyi də nəzərə alınır.

Ehtimala görə, artıq 4 aprel tarixindən etibarən ölkədə koronovirusa yoluxanların gündəlik sayında 200 nəfər artım olacaq. Beləliklə, xəstəliyə yoluxanların sayı 8650-yə yaxınlaşacaq. Bu zaman gündəlik böyümə təxminən 570 nəfər olacaq və ayın ortalarında xəstələrin təqribi sayı 15 min nəfərə çatacaq.

Qeyd edək ki, artıq bunun ilk əlamətləri sezilmkdədir. Belə ki, ölkədəki qərargahdan verilən məlumata görə, hələ aprelin 2-də Rusiyada 8.792 yeni koronavirus infeksiyası hadisəsi aşkar edilib.

Xatırladaq ki, ümumi pandemiya dövründə 4.563.056 nəfər rusun qanında virus aşkar edilmişdi ki, sonradan da bunların 99.633 nəfəri həyatla vidalaşdı.

Yeri gəlmişkən onu da bildirək ki, hələ bir müddət bundan əvvəl Rusiyanın Səhiyyə nazirinin müavini Tatyana Semyonova, insidans nisbətlər baxımından Rusiyada koronovirusun üçüncü dalğasından danışa biləcəyini açıqlamışdı. Ancaq daha sonra səhiyyə naziri Mixail Muraşko müavininin dediklərini təkzib edərək, ölkədə xəstəlik hallarının azaldığını bildirdi.

Bildirək ki, daha əvvəl Almaniya prezidenti Frank-Valter Staynmayer almanlara etdiyi Pasxa müraciətində pandemiyanın üçüncü dalğası səbəbindən ölkədə məhdudiyyətlər olacağının anonsunu vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə