İranın xarici işlər naziri Məhəmmədcavda Zərif aprelin 5-8 tarixində Mərkəzi Asiya respublikalarına səfər edəcək. SİA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 3-də keçirdiyi mətbuat konfransında bildirib.
“Ortaq mədəniyyət, tarix və mədəniyyət bağlarına sahib olduğumuz Orta Asiya bölgəsi ilə əlaqələrin inkişaf etdirilməsi hər zaman İranın üstünlük verdiyi əsas məsələlərdən olub”, sözçü deyib.
Onun sözlərinə görə, M.Zərif aprelin 5-8 tarixləri arasında Özbəksitan, Qırğız Respublikası, Qazaxıstan və Türkmənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB