Rusiyanın dostu yoxdur, ləkəsi var...

Rusiyanın dostu yoxdur, ləkəsi var...

Kremli Kiyevin düşməni adlandıran Ukraynanın ilk prezidenti Leonid Kravçuk Belarusiyanı Rusiyanın ləkəsi adlandırıb.

Rusların ictimai və siyasi xadimi Aleksandr Soljenitsınin ölkəsi barədə dediyi “Rusiyanın dostu yoxdur, ya düşməni var, ya da ləkəsi” fikirlərini xatırladan sabiq prezident bu gün Moskvanın çoxsaylı düşmənləri sırasında Ukraynanı, ləkəsi sırasında isə Belarusiyanı göstərib.

Hazırda Ukrayna ətrafında baş verənlərin dramatikləşdirməyə ehtiyac olmadığını bildirən Kravçuk nümunə kimi, Donbasdakı hadisələri göstərir. Lakin bun baxmayaraq o, ölkə birliyini gücləndirməyə, Donbasda barışıq əldə etmək və koronavirus pandemiyasını aradan qaldırmaq üçün mübahisələrə son qoymağa çağırıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Kravçuk Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü ərazi iddialarının ölkəsinin məhvinə hesablandığını bildirmişdi. O, dünya birliyini sanksiyalar, diplomatik və digər tədbirlərlə Rusiyaya təzyiq göstərməyə davam etməyə çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə