“Taliban” radikal hərəkatının lideri öldürülüb

“Taliban” radikal hərəkatının lideri öldürülüb

"Taliban" radikal hərəkatının lideri Molla Məhəmməd Ömərin Pakistanda öldürülməsi barədə xəbərlər yayılıb. SİA-nın məlumatına görə, bu barədə "Sinxua" agentliyi Əfqanıstanın özəl telekanallarından birinə istinadən xəbər yayıb. "Taliban" liderinin nə vaxt və hansı şəraitdə öldürüldüyü açıqlanmır. Qeyri-rəsmi məlumatlara əsasən Ömər Pakistanda Kvetta şəhərindən Şimali Vəzəristan vilayətinə gedərkən öldürülüb.

Qeyd edək ki, Molla Məhəmməd Ömər "Taliban" radikal hərəkatının lideri sayılırdı. 50 yaşı olan Ömər 1996-2001-ci illərdə Əfqanıstanda Ali Şuraya sədrlik edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə