Rumıniyada səhiyyə naziri qapalı yerdə tibbi maska ​​taxmaması səbəbindən cərimə edilib

Rumıniyada səhiyyə naziri qapalı yerdə tibbi maska ​​taxmaması səbəbindən cərimə edilib
Rumıniyada səhiyyə naziri Vlad Voykulesku qapalı yerdə tibbi maska ​​taxmamaq səbəbindən cərimə edilib. SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Buxarestin Baş polis idarəsi məlumat verib. Nazirin "COVID-19" pandemiyasının qarşısının alınması və törətdikləri təsirlərlə mübarizə haqqında qanuna əməl etmədiyi üçün cərimələndiyi bildirilir. Cərimənin məbləği 1500 ley (360 dollar) təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə