Rusiya Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı dezinformasiya kampaniyası aparır - Ağ Evin sözçüsü
“Vaşinqton Rusiyanın Ukrayna ilə sərhəddə baş verən hadisələrə dair dezinformasiya xarakterli məlumatlar verməsindən narahatlığını bildirir”.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu cümə günü Ağ Evin sözçüsü Cen Psaki deyib.
"Bu filmi əvvəllər də görmüşük: Rusiya Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı dezinformasiya kampaniyası aparır. Şübhəsiz ki, biz bunu izləyirik, bundan narahatıq və bu platformadan avropalı müttəfiqlərimizlə danışıqları davam etdirəcəyik”, deyə Psaki əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB