ABŞ Konqresinin qarşısında naməlum şəxs polisi qətlə yetirib

ABŞ Konqresinin qarşısında naməlum şəxs  polisi qətlə yetirib

ABŞ Konqresinin qarşısında naməlum şəxs avtomobili ilə qəza törədib.

SİA "Reuters"ə istinadən xəbər verir ki, qəza nəticəsində yaralanan sürücü ona yaxınlaşan iki polis əməkdaşına bıçaqla hücum edərək onlara xəsarət yetirib.

Kapitoliy Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yoqananda Pittman bildirib ki, yaralanan polis əməkdaşı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, naməlum sürücü polisin açdığı atəş nəticəsində dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə